Zelenski: “Ukraynada vergi ödəmək könüllü olacaq”

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada vergi islahatları ilə əlaqədar atılacaq ilkin addımlardan danışıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının "Telegram" kanalında yerləşdirilmiş videomüraciətdə bildirilib.
"Ukrayna Nazirlər Kabineti iqtisadiyyatımızı dəstəkləmək üçün qərarlar paketini razılaşdırıb. Bu, biznesin işləməsi, insanlarımızın işlə təmin olunması üçündür. Kiçik sahibkarlıq subyektləri və fərdi sahibkarlar üçün biz vahid verginin könüllü ödənilməsini təmin edirik. Yəni, bacarırsansa, ödə, bacarmırsansa, yox", - deyə ölkə başçısı bildirib.
Zelenski vurğulayıb ki, ölkədə bütün müəssisələrdə vergi yoxlamaları ləğv edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31