ABŞ-ın Meksikadakı konsulluğuna silahlı hücum
15 Mart 2022 11:29 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Meksikanın sərhədindəki Nuevo Laredo şəhərində dəstə başçısının həbsindən sonra ABŞ konsulluğu atəşə tutulub.Meksika hökuməti "El Huevo" ləqəbi ilə tanınan Xuan Gerardo Trevinonun həbsindən sonra şəhərdə qarşıdurmaların başladığını açıqlayıb.Hadisələr zamanı ABŞ konsulluğunda baş verən atışmadan sonra konsulluq binası müvəqqəti bağlanıb.ABŞ konsulluğu öz vətəndaşlarını təhlükəsiz yerlərdə qalmağa çağırıb.
Meksika hökumətinin bəyanatında Trevinonun narkotik ticarəti, çirkli pulların yuyulması, qətl, terror, qəsb və dəstə cinayətlərində ittiham edildiyi bildirilib.
Trevinonun həm Meksika, həm də ABŞ vətəndaşı olduğu açıqlanıb.
![]()
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31