İsrail Ukraynada səhra xəstəxanası qurur

İsrail Ukraynanın qərbində səhra xəstəxanasını qurur.

Olaylar.az xəbər verir ki, bu barədə İsrail hökumətinin rəsmi "Tvitter" səhifəsində məlumat verilib. Xəstəxananın ən azı bir ay işləyəcəyi planlaşdırılır. Qurulma və istismar dəyəri 6,4 milyon dollar olan xəstəxanada təcili yardım otağı, doğum şöbəsi, həmçinin kişilər, qadınlar və uşaqlar üçün müalicə palataları olacaq. Xəstəxanada "Sheba Hospitaldan" gətirilən rentgen aparatları da quraşdırılacaq.

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31