Rusiyalı komandirdən Putini qəzəbləndirəcək etiraf

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin keçmiş mühafizəçisi, hazırda Milli Qvardiyanın Ali Baş Komandanı Viktor Zolotov bəyan edib ki, Kremldəki rəsmi ritorikanın əksinə olaraq, Ukraynada hərbi əməliyyatlar gözlənildiyindən daha ləng gedir.

İngiltərənin Reuters xəbər agentliyinin verdiyi xəbərə görə, Zolotov; "Bəli, demək istəyirəm ki, hər şey istədiyimiz kimi sürətlə getmir"- deyə söyləyib.

Zolokov, yavaş irəliləyişdə Ukraynada xalq arasında gizlənən həddindən artıq sağçı elementləri günahlandırdı və bu qrupların mülki şəxslərdən insan qalxanı kimi istifadə etdiyini iddia etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31