Böyük Britaniyanın nəqliyyat naziri Ukraynadan olan qaçqınları öz evində qəbul edəcək
14 Mart 2022 22:24 DünyaBöyük Britaniyanın nəqliyyat naziri Qrant Şepps Ukraynadan olan qaçqınları öz evində qəbul etmək üçün rəsmi orqanlara müraciət edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində yazıb.
"Biz ailəvi olaraq son bir neçə həftə ərzində Ukraynadakı dağıdıcı vəziyyəti müzakirə etdik. Biz bu gün Ukraynadan olan qaçqınlar öz ölkələrinə təhlükəsiz qayıdana qədər onlara mənzil təklif edən digər Britaniya ailələrinə qoşulmaq üçün müraciət etmək niyyətindəyik", - nazir qeyd edib.
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31