Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı dördüncü iqtisadi və şəxsi sanksiyalar paketini təsdiqləyib.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, iclasa Fransa sədrlik edib.

"Aİ ölkələrinin Daimi Nümayəndələr Komitəsi beynəlxalq tərəfdaşlarla razılaşdıraraq, Ukraynaya qarşı təcavüzdə iştirak edən fiziki və hüquqi şəxslərə, eləcə də Rusiyanın bir sıra iqtisadi sektorlarına qarşı yönəlmiş dördüncü sanksiyalar paketini razılaşdırıb", - bəyanatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31