“Nüvə münaqişəsi mümkün ehtimallar sırasındadır” – BMT-nin Baş katibi
14 Mart 2022 21:37 Dünya"Nüvə münaqişəsinin perspektivi bir vaxtlar ağlasığmaz görünürdü, indi mümkün ehtimallar sırasındadır".
Olaylar.az xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quterreş deyib. O, Rusiyanın nüvə qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsini qandonduran hadisə adlandırıb.
Quterreş Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyini təmin etməyə və qorumağa çağırıb. Həmçinin Kiyev və Moskvanın diplomatiya və sülh yoluna keçəcəyinə ümid etdiyini bildirib.
azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31