Bu ölkədə koronavirus məhdudiyyətləri ləğv olunub
14 Mart 2022 21:27 DünyaOlaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Serbiyada COVID-19 sertifikatı tələbi də ləğv edilib, lakin qapalı yerlərdə maska taxmaq tövsiyə olunur. Səhiyyə müəssisələrində isə maskadan istifadə məcburi olacaq.
Beynəlxalq səyahətlərlə bağlı bütün qaydalar qüvvədə qalıb. Belə ki, ölkəyə daxil olanlardan COVID-19 sertifikatı, nəticəsi mənfi olan test və ya xəstəliyi keçirdiklərinə dair sənəd tələb olunacaq.
Yaşı 18-dən yuxarı olanlara koronavirusa qarşı üçüncü doza peyvəndin tətbiqindən 5 ay sonra dördüncü dozanın vurulması tövsiyə olunur. Bu, xroniki xəstəlikləri olan 60 yaşdan yuxarı insanlara da aiddir. Həmçinin 12-18 yaşlı uşaqlara peyvəndin üçüncü dozasının vurulması tövsiyə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31