Qazaxıstandan 10 min dollardan çox pul çıxarmaq qadağan olundu – FƏRMAN

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədən 10 min dollardan çox nağd pulun çıxarılmasını qadağan edən fərman imzalayıb.

Olaylar.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Bununla yanaşı, hökumət qızıl külçələrinin, qızıl və gümüşdən hazırlanmış investisiya sikkələrinin ixracına da qadağa qoyub.

Qazaxıstan Milli Bankından bildiriblər ki, məhdudiyyətlər maliyyə sabitliyi risklərinin qarşısını almaq və spekulyativ tələbin təzyiqini azaltmaq məqsədilə tətbiq edilib: "Ölkədə ikinci dərəcəli bankların kifayət qədər likvid valyuta aktivləri var, lakin logistika ilə bağlı problemlər səbəbindən hələlik onlar nağd xarici valyutaya artan tələbatı ödəyə bilmirlər".

azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31