Xarkovda 15 yaşlı qız həlak oldu

"Xarkov vilayətinin Derqaçi şəhərində düşmənin evi atəşə tutması nəticəsində 15 yaşlı qız həlak olub".

Olaylar.az  UNİAN-a istinadən bildirir ki, bu barədə Facebook-da GUNP-nin Xarkov vilayəti üzrə istintaq idarəsinin rəisi Sergey Bolvinov məlumat verib.

"Rusların atəşə tutması nəticəsində 2007-ci il təvəllüdlü uşaq dünyasını dəyişib. Darya balaca uşaqlar üçün oyuncaq götürmək üçün başqa otağa keçib və bu zaman onların Dergaçidəki binasına mərmi düşüb".

Bolvinovun sözlərinə görə, evdə valideynlər və daha iki uşaq olub, onlar xəsarət almayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31