Ana və uşağı yaşadıqları ərazinin bağçasında basdırıldı
14 Mart 2022 12:29 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya fevralın 24-dən bəri işğal etdiyi Ukraynada mülki yaşayış məntəqələrini, eləcə də hərbi məntəqələri bombalayaraq, mülki insanları hədəf almağa davam edir.
Ukraynanın paytaxt Kiyevdən 20 kilometr aralıda yerləşən İrpen şəhərindəki kompleksdə yaşayan Marina Met və onun 12 yaşlı oğlu İvan Met rus ordusunun bombardmanı altında həyatlarını lentə alıblar.
Ərazinin sakinləri isə qaldıqları yerin bombalanması nəticəsində dünyasını dəyişən ana və oğulun meyitlərini bombalanmış ərazinin bağçasında basdırmaq qərarına gəliblər. Bağda məzar qazıldıqdan sonra ana və oğul həyatını itirdikləri yerin bağçasında dəfn edilib. Xoşagəlməz hadisə sakinləri şoka salıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31