“Moskva və Kiyev danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edib” – Nümayəndə heyətinin üzvü
13 Mart 2022 17:37 Dünya"Əvvəlkilərlə müqayisədə danışıqlar prosesində Moskva və Kiyev nəticə əldə olunması üçün əhəmiyyətli irəliləyişlər əldə edib".
Azpost.info bildirir ki, bu sözləri Rusiya-Ukrayna danışıqlarında nümayəndə heyətinin üzvü, Dumanın komitə sədri Leonid Slutksi RT kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, tərəflər əhəmiyyətli nailiyyətlər əldə ediblər.
"Mənim fikrimcə, bu irəliləyiş yaxın günlərdə sənəd imzalanması üçün hər iki nümayəndə heyətinin vahid mövqeyinin yaranmasına gətirib çıxaracaq".- deyə Slutski vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31