Mövlud Çavuşoğlu dünyaya elan etdi: "Putin razılıq verdi..."

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Volodimir Zelenski ilə görüşün keçirilməsinə qarşı olmadığını bildirib.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Biz Rusiya və Ukrayna liderləri arasında görüş təşkil etmək üçün əlimizdən gələni edirik. Hələ müharibə başlamazdan əvvəl belə səylərimiz var idi. Prinsipcə, Putin prezidentimizlə telefon danışığı zamanı bunun əleyhinə olmadığını söylədi. Ukrayna tərəfi hazırdır. Tərəflər arasında Belarusda texniki danışıqlar gedir. Digər tərəfdən, digər kanalların da səyləri var ki, biz də onları dəstəkləyirik", - deyə Çavuşoğlu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31