Ukraynada azərbaycanlı biznesmen Vaqif Əliyev saxlanılıb

Ukrayna xüsusi Xidməti Zakarpatye vilayətində azərbaycanlı biznesmen Vaqif Əliyevi saxlayıb. 

Bu barədə UNİAN Ali Radanın deputatı Aleksandr Dubinskiyə istinadən məlumat yayıb.

""Alfa" qrupu Zakarpatyedə biznesmen Vaqif Əliyevə saxlayıb. Səbəblər məlum deyil"-deyə məlumatda deyilir.

Mənbə deyib ki, Vaqif Əliyev oliqarx Firtaşın və müxalifətçi "Həyat Uğrunda" partiyasının deputatı Vadim Stolyarın tərəfdaşıdır. Təsdiq olunmamış məlumata görə, V. Kərimov Rusiya vətəndaşlığı olan pasporta malikdir.

Vaqif Kərimov məşhur biznesmendir. O, KAN holdiniqinin təsisçisi, bir neçə ticarət mərkəzi və yaşayış komplekslərinin sahibidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31