"Mariupol tam blokadadadır" - Zelenski
12 Mart 2022 23:47 Dünya"Azov dənizinin sahilində Ukraynanın ən böyük şəhəri Mariupol tam blokadadadır".
Olaylar.az bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti videomüraciətində deyib.
Onun sözlərinə görə, şəhər gecə-gündüz atəşə tutulur.
"Rus qoşunları Mariupolu raketlərlə vururlar. Onlar Mariupolda hətta doğum evini vurublar. Xəstəxanalar məhv edilir. Nə üçün?", - deyə Zelenski bildirib.
Ukrayna lideri əlavə edib ki, müharibə zamanı artıq onlarla xəstəxana, yüzlərlə məktəb, uşaq bağçası və universitetlər dağıdılıb.
azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31