Ruslar təxliyə olunan qadın və uşaqlara atəş açıb - Ölənlər var
12 Mart 2022 23:30 DünyaRusiya hərbçiləri Kiyev vilayətində qadın və uşaqların daşındığı kalona atəş açıblar.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, hadisə martın 11-də Peremoqa kəndindən (Barışevski rayonu) Ostroluçye kəndinə doğru - Rusiya Federasiyası ilə razılaşdırılmış "yaşıl" dəhliz boyunca evakuasiya etmək istəyərkən baş verib.
Atışma nəticəsində biri uşaq olmaqla 7 mülki şəxs həlak olub. Yaralıların dəqiq sayı hələlik məlum deyil.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31