"Nə Ukraynaya, nə də başqa bir ölkəyə NATO-ya üzv olmaq üçün təzyiq etməyəcəyik” - ABŞ

ABŞ NATO-ya üzv olmaq kontekstində Ukraynaya təzyiq göstərməyəcək.

Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Departamentindən bildirilib.

"Biz NATO-nun digər üzvlərinin mövqeyini şərh etməyəcəyik, lakin biz ardıcıl olaraq qeyd etmişik ki, suveren dövlətlər öz ittifaqlarını seçmək və öz təhlükəsizlik qərarlarını vermək hüququna malikdirlər. Biz isə bu müharibə zamanı dedik ki, nə Ukraynaya, nə də başqa bir ölkəyə NATO-ya üzv olmaq və ya üzv olmamaq üçün təzyiq etməyəcəyik", - Departamentdən qeyd olunub.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31