Ukrayna hərbçiləri Rusiya gəmisini atəşə tutdu
12 Mart 2022 21:56 DünyaBu gün Ukrayna hərbçiləri Azov dənizində Rusiyanın "Sormovski 3064" mülki yük gəmisini atəşə tutublar.
Olaylar.az xəbər verir ki, bu iddia ilə Rusiya İstintaq Komitəsinin "Telegram" kanalı çıxış edib.
Bildirilir ki, atəş açılan zaman gəmi Krasnodar diyarının Şerbinovski rayonunun Şabelskoye kəndindən 12 kilometr şimalda, Azov dənizinin sularında olub. O, Yunanıstan limanından Taqanroq limanına doğru gedirdi. Gəminin hücumdan sonra alovlandığı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31