ABŞ Ukraynaya qoşun yeridir? - RƏSMƏN ELAN EDİLDİ
12 Mart 2022 20:25 DünyaABŞ Ukraynaya qarşı qeyri-ənənəvi silahlardan istifadə olunsa belə bu ölkəyə qoşun göndərmək niyyətində deyil.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib.
"ABŞ qoşunlarını Ukraynaya göndərmək və Rusiyaya qarşı müharibə aparmaq kimi bir niyyətimiz yoxdur", - deyə Psaki brifinq zamanı bildirib.
O, Amerika tərəfində kimyəvi və bioloji hərbi proqramların mövcudluğunu inkar edib və bu imkanların Rusiyada olduğunu iddia edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31