Putinin Şolts və Makronla söhbətinin nəticələri məlum olub

Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron Vladimir Putinlə Ukraynada müharibənin dərhal dayandırılmasının vacibliyini müzakirə ediblər.

Olaylar.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi saytında bildirilir. Məlumata görə, söhbət 75 dəqiqə davam edib. "Kansler və Fransa prezidenti Ukraynada dərhal atəşkəsə və münaqişənin diplomatik yolla həllinə çağırıblar. Söhbətin sonrakı məzmununu açıqlamamaq qərara alınıb", - məlumatda deyilir.

Öz növbəsində, Putin Makron və Şoltsu millətçi batalyonların cinayət əməllərini dayandırmaq üçün Ukrayna hakimiyyətinə təsir göstərməyə çağırıb.

azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31