Ukraynada azərbaycanlı biznesmen Vaqif Əliyev saxlanılıb
12 Mart 2022 19:50 DünyaUkrayna xüsusi Xidməti Zakarpatye vilayətində azərbaycanlı biznesmen Vaqif Əliyevi saxlayıb.
Olaylar.az bildirir ki, bu barədə UNİAN Ali Radanın deputatı Aleksandr Dubinskiyə istinadən məlumat yayıb.
""Alfa" qrupu Zakarpatyedə biznesmen Vaqif Əliyevə saxlayıb. Səbəblər məlum deyil"-deyə məlumatda deyilir.
Mənbə deyib ki, Vaqif Əliyev oliqarx Firtaşın və müxalifətçi "Həyat Uğrunda" partiyasının deputatı Vadim Stolyarın tərəfdaşıdır. Təsdiq olunmamış məlumata görə, V. Kərimov Rusiya vətəndaşlığı olan pasporta malikdir.
Vaqif Kərimov məşhur biznesmendir. O, KAN holdiniqinin təsisçisi, bir neçə ticarət mərkəzi və yaşayış komplekslərinin sahibidir.
azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31