Zelenski Ukrayna Ordusunun 1300 hərbçisini itirdiyini açıqlayıb
12 Mart 2022 19:31 DünyaUkrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqların Yerusəlimdə keçirilməsini təklif edib.
Olaylar.az bildirir ki, Kiyevdə xarici jurnalistlər üçün açıqlamasında o, İsrail Baş naziri Naftali Bennetə Rusiya ilə görüşün Qüdsdə keçirilməsi ilə bağlı təklif verdiyini söyləyib.
Zelenski NATO ölkələrində Ukrayna naminə birləşmək cəsarəti görmədiyini də vurğulayıb.
O, həmçinin, döyüşlər başladığı gündən indiyə qədər Ukrayna Ordusunun 1300 hərbçisini itirdiyini açıqlayıb.
azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31