Gündəm olan Marianna və körpəsinin - FOTOLARI
12 Mart 2022 19:11 DünyaUkraynanın Mariupol şəhərində xəstəxananın bombardman edilməsindən sonra təxliyə olunarkən fotosu dünyada yayılan bloqer Marianna Podqurskaya martın 11-i ana olub.
Olaylar.az "CNN" telekanalına istinadən xəbər verir ki, Marianna Mariupolda başqa bir xəstəxanada qız övladı dünyaya gətirib.
Ana və övladının vəziyyətinin hazırda yaxşı olduğu bildirilir.
Telekanal öz rəsmi instaqram hesabında Marianna, yenicə doğulmuş körpənin və bloqerin həyat yoldaşı Yurinin fotolarını paylaşıb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31