Vladimir Zelenski danışıqların Qüdsdə keçirilməsini təklif edib
12 Mart 2022 18:50 DünyaUkrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqların Qüdsdə keçirilməsini təklif edib.
Olaylar.az bildirir ki, Kiyevdə xarici jurnalistlər üçün açıqlamasında o, İsrail Baş naziri Naftali Bennetə Rusiya ilə görüşün Qüdsdə keçirilməsi ilə bağlı təklif verdiyini söyləyib.
Prezident Belarusda keçirilən Rusiya-Ukrayna danışıqlarında tərəflərin ultimatum dili ilə danışmadığını, konkret mövzuları müzakirə etməyə başladıqlarını əlavə edib.
Zelenski NATO ölkələrində Ukrayna naminə birləşmək cəsarəti görmədiyini də vurğulayıb.
azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31