“Motorola” da Rusiyadan getdi
12 Mart 2022 16:05 DünyaABŞ-ın "Motorola Solutions" telekommunikasiya şirkəti Rusiya və Belarusda satışı, həmçinin məhsul və xidmətlərin tədarükünü dayandırıb.
Bu barədə şirkətin açıqlamasında bildirilir. Şirkət ABŞ və digər ölkələrin hökumətləri tərəfindən görülən qanuni tədbirlərə qoşulduğunu bəyan edib.
"Motorola Solutions"ın məhsullarına "Motorola" radiostansiyaları, xüsusən də Moskva hava limanlarında quraşdırılmış rabitə sistemləri üçün proqram təminatı daxildir. Kazinolarda və stadionlarda istifadə olunan "Avigilon" videomüşahidə sistemi də şirkətin məhsullarındandır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31