Kiyev vilayətində dondurulmuş məhsulların saxlandığı anbar atəşə tutulub, yanğın çıxıb

Kiyev vilayətində dondurulmuş məhsulların saxlandığı anbar atəşə tutulması nəticəsində yanıb.

Olaylar.az UNİAN-a istinadən bildirir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidmətinin Telegram kanalında məlumat verilib.

"Martın 12-də saat 03:50-də Brovarski rayonunun Kvitnevoye kəndində dondurulmuş məhsulların saxlandığı anbarın atəşə tutulması nəticəsində yanğın baş verib. İlkin məlumata görə, ölən və xəsarət alan olmayıb. Fövqəladə Hallar Dövlət Xidmətinin 20 əməkdaşı və 4 texnika cəlb olunub", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31