“NATO Rusiya ilə toqquşarsa, III Dünya müharibəsi başlayacaq” - Bayden

"Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Rusiya ilə Ukraynada döyüşməyəcək, çünki bu, III Dünya müharibəsi olacaq".

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden "Facebook" səhifəsində yazıb: 

"Aydın demək istəyirəm: biz NATO ərazisinin hər qarışını müdafiə edəcəyik. Amma biz Ukraynada Rusiyaya qarşı müharibə etməyəcəyik. NATO ilə Rusiya arasında birbaşa toqquşma üçüncü dünya müharibəsidir. Biz bundan qaçmağa çalışırıq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31