Türkiyənin Ukraynadakı səfirliyi Kiyevdən Rumıniya ilə sərhədə yaxın Çernivtsi şəhərinə köçürülür.
Olaylar.az türk mediasına istinadən bildirir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgiç deyib.
Onun sözlərinə görə, qərar Ukrayna paytaxtının atəşə tutulması fonunda təhlükəsizlik tələbləri nəzərə alınaraq qəbul edilib.