Rəcəb Tayyib Ərdoğan və Nursultan Nazarbayev arasında görüş olub
11 Mart 2022 23:03 DünyaQazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Türkiyənin dövlət başçısı Ərdoğanla görüşüb.
Olaylar.az bildirir ki, məlumatı Nazarbayevin mətbuat xidməti yayıb. Görüş Antaliya Forumu çərçivəsində baş tutub. Nazarbayev dəvətə görə təşəkkür edib.
Ərdoğan Nazarbayevin qazax-türk əlaqələrinin inkişafında xidmətlərini qeyd edib və türk dünyasında interqasiya proseslərinin genişlənməsindəki fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə dünya gündəminin ən aktual məsələləri müzakirə olunub, Ukraynadakı münaqişənin dialoq və diplomatiya yolu ilə həllinin vacibliyi qeyd olunub.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31