Rusiya Belarusu müharibəyə cəlb etmək üçün təxribat törədib

Rusiya Silahlı Qüvvələri Ukrayna ilə sərhəddə Belarus ərazisinə zərbələr endirib.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

"Düşmən Ukrayna ilə sərhəddə Belarus ərazisinə hücum edib. Belarusdan Ukrayna ərazisinə uçan SU hücum təyyarəsi Ukrayna ərazisini bombalayıb, bundan sonra Belarus ərazisinə hava zərbələri endirib. Qonşu dövlətə məxsus iki təyyarə sərhədçilər tərəfindən Dubrovitsa departamentinin ərazisində qeydə alınıb", - məlumatda deyilir.

Dövlət Sərhəd Xidməti qeyd edib ki, Rusiyanın Belarusun yaşayış məntəqələrinə bu cür hücumu və hərəkətləri Belarus Silahlı Qüvvələrini Ukrayna ilə müharibəyə cəlb etmək məqsədilə məqsədyönlü təxribatdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31