Səhnəyə Ukrayna bayrağı ilə çıxdı - FOTO
11 Mart 2022 19:51 DünyaAktyor Benedikt Kamberbetç Santa Barbara Beynəlxalq Film Festivalında Rusiyanın hücumuna məruz qalan Ukraynaya dəstək əlaməti olaraq səhnəyə həmin ölkənin bayrağı ilə çıxıb.
Olaylar.az xəbər verir ki, səhnəyə "Cinema Vanguard" mükafatını almaq üçün çıxan aktyor "Ukrayna uğrunda!" şüarını səsləndirərək bayrağı nümayiş etdirib.
Məlum olub ki, həmin bayrağı aktyora Benediktə "Şöhrət Xiyabanı"nda ulduzunun açılışı zamanı qonaqlardan biri hədiyyə edib.






axsam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31