Rusiya FTX-nin vəzifəli şəxsləri həbs edilib
11 Mart 2022 18:09 DünyaRusiya rəhbərliyi FTX-nin 5-ci Xidmətinin (Operativ İnformasiya və Beynəlxalq Əlaqələr Xidməti) bir neçə vəzifəli şəxsini həbs edib.
Olaylar.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist, "Agentura.ru" saytının baş redaktoru Andrey Soldatov məlumat verib. "Biz məlumatı öz mənbələrimizlə təsdiqləmişik. 5-ci Xidmətin rəisi Sergey Beseda və onun müavini, Operativ informasiya şöbəsinin rəisi Anatoli Bolyux hazırda ev dustaqlığındadır", - Soldatov bildirib.
Repressiyaların səbəbləri kimi Ukrayna ilə bağlı məxfi işlərə ayrılan vəsaitlərin oğurlanması, həmçinin Ukraynadakı siyasi vəziyyət haqqında bilərəkdən yalan məlumatlar yaymaq və s. göstərilir. 5-ci Xidmət Rusiya Federal Təhlükəsizlik Xidmətinin xarici kəşfiyyat funksiyalarını yerinə yetirir.