Bu ölkə 45 gün ərzində Rusiyadan neft, kömür və qaz idxalını qadağan edəcək
11 Mart 2022 13:01 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliya Rusiyadan neft və neft məhsulları, eləcə də qaz və kömür idxalını qadağan edəcək.
Bu barədə Avstraliya Xarici işlər Naziri Maris Peyn bildirib.
"Avstraliya hökuməti Rusiya neft və neft məhsulları, qaz və kömür idxalına qadağa qoyacaq, çünki bu enerji mənbələri Rusiyanın ən böyük gəlir mənbəyidir. Bu qərar müxtəlif və davamlı neft tədarük zəncirinə malik Avstraliyanın yanacaq təhlükəsizliyini təhlükə altına qoymur"- deyə Peyn Guardian Guardian Australia müsahibəsində bildirib.
Avstraliya hökumətinin qərarının 45 gündən sonra, yəni ölkə Rusiyadan artıq ödənişli xam neft daşımaları aldıqdan sonra qüvvəyə minəcəyi gözlənilir.
Bundan əvvəl məlumat verilmişdi ki, Avstraliyanın ən böyük neft emalı zavodu Ampol Cənub-Şərqi Asiya, Afrika, Şimali Amerika və Yaxın Şərqdən xammala tamamilə keçəcəyini bildirərək, Rusiya tədarükçülərindən xam neft və neft məhsulları almaqdan imtina edib. 2020-ci ildə Avstraliya Rusiyadan ümumilikdə 59 milyon Avstraliya dolları (43 milyon ABŞ dolları) dəyərində neft və neft məhsulları idxal edib.