Riqada Rusiya səfirliyinin yerləşdiyi küçəyə "Ukraynanın Müstəqilliyi" adı verilib

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Riqada Antoni küçəsinin Kalpaka bulvarı ilə Nikolas Rerix küçəsi arasındakı hissəsi artıq Ukraynanın Müstəqillik küçəsi (Ukrainas neatkarības iela) adlanacaq.

Bu barədə "Avropa həqiqəti"  xəbər agentliyi məlumat yayıb.

Qərar martın 10-da Riqa Şəhər Şurasının növbədənkənar iclasında qəbul edilib.

Küçənin adının dəyişdirilməsi qərarı Ukrayna xalqının Rusiya Federasiyasının hərbi əməliyyatlarına qarşı qəhrəmancasına mübarizəsinə dəstək olaraq qəbul edilib.

Küçənin adı dəyişdirilmiş hissəsində Rusiya Federasiyasının Latviyadakı səfirliyi yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31