Disney Rusiyadakı biznesini dayandırır

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Walt Disney şirkəti Rusiya Federasiyasındakı bütün biznesini bağladığını elan edib.

Bu barədə şirkətin rəsmi saytında deyilir . Dayandırılma həm məhsulların istehsalına, həm  lisenziyalaşdırılmasına, həm də Disney Cruise Line-in fəaliyyətinə, National Geographic jurnalının işinə, yerli məzmun istehsalına və televiziya kanallarına şamil edilir. Şirkət biznesin bir hissəsini dərhal dayandırır, lakin bəzi sahələrdə əlavə vaxt tələb olunur. Bundan əvvəl  Rusiyanın Ukraynaya müdaxiləsi fonunda şirkət Rusiyada filmlərinin icarəsini müvəqqəti dayandırdığını elan etmişdi. Disney rusiyalı işçilərinə maaş verməkdə davam etmək, həmçinin Ukraynadan olan qaçqınlara yardım edən qeyri-hökumət təşkilatlarından olan tərəfdaşlarla işləmək niyyətindədir. Şirkətin maliyyə direktoru Kristin Makkartinin sözlərinə görə , Rusiya və Ukrayna birlikdə Disney biznesinin 2%-ni təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31