ABŞ Milli Kəşfiyyatının direktoru: Rusiya yalan deyir
11 Mart 2022 11:06 DünyaUkrayna nə bioloji, nə də nüvə silahı hazırlayır. Rusiyanın bu yöndə açıqlaması yalandır, qonşu ölkədə apardığı müharibədə atacağı addımları gizlətmək məqsədi daşıyır.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Avril Heyns deyib.
"Bir çox ölkədə olduğu kimi, Ukraynada da bioloji araşdırmalarla məşğul olan laboratoriyalar var və onlar pandemiya, hücumdan mühafizə xarakteri daşıyır və bioloji silah laboratoriyalarından fərqlənir", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31