İŞİD liderinin ölümü təsdiqləndi – Yeni rəhbərin adı elan olundu

İraq Şam İslam Dövləti (İŞİD) lideri Əbu İbrahim Əl-Haşimi Əl-Qüreyşinin və sözçüsü Əbu Həmzə Əl-Qureyşinin ölümü təsdiqlənib.

"Reuters" agentliyi  xəbər verir ki, Əbu Əl-Həsən Əl-Haşimi Əl-Qüreyşinin İŞİD-in yeni lideri olduğu elan edilib.

İraqın keçmiş lideri Səddam Hüseynin ordusunun əsgəri, iki ildən bir qədər çox müddətdə İŞİD-ə rəhbərlik edən Əbu İbrahim Əl-Haşimi Əl-Qureyşi fevral ayında ABŞ xüsusi təyinatlılarının Suriyanın şimalında keçirdiyi reyd zamanı özünü partlatması nəticəsində həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31