Avropada qazın qiyməti aşağı düşüb

Avropada qazın qiyməti 1 martdan bəri ilk dəfə hər 1000 kubmetr üçün 1400 dollardan aşağı düşüb.

Olaylar.az bildirir ki, bu barədə Londonun "ICE" birjasından bildirilib.

Hollandiyanın "TTF" habında aprel fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1370 dollara və ya MVt/saat üçün 120,01 Avro düşüb.

Ümumilikdə qazın qiyməti ticarət başlayandan 23 faiz ucuzlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31