"Onlar hamını satın ala, ya da qorxuda biləcəklərini düşünürlər" - Zelenski
10 Mart 2022 23:51 DünyaUkrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putini özünün bir nömrəli düşmən hesab etdiyini deyib.
Bu barədə o, Almaniyanın "Die Zeit" qəzetinə müsahibəsində bildirib.
"Onlar dövlət başçısını görürlər, siyasətçiləri, iqtisadi maqnatları görürlər. Ümid edirlər ki, hamını satın ala, ya da qorxuda bilərlər, amma mənim haqqımda bunun heç bir nəticə verməyəcəyini dəqiq bilirlər. Ona görə də belə bir təhlükə var. Hər şey çox sadədir", - deyə dövlət başçısı bildirib.
O, həmçinin qeyd edib ki, rəsmi Kreml bütün ukraynalıların öz ölkəsini müdafiə edəcəyini və bu müharibənin ukraynalılar üçün Vətən müharibəyə çevriləcəyini gözləmirdi.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31