Ukraynanın Xarkov vilayətinə hava bombaları atılıb, dinc sakinlər həlak olub
10 Mart 2022 23:15 DünyaUkraynanın Xarkov vilayətinin Slobojanskoye kəndinə altı hava bombası atılıb.
Olaylar.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.
"Burada heç vaxt hərbi infrastruktur obyekti olmayıb. Buna baxmayaraq, rusiyalı hərbçilər kəndin yaşayış məntəqələrini vurmağa qərar veriblər", - məlumatda deyilir.
Atılan 6 hava bombasından biri ikimərtəbəli yaşayış binasına düşüb. Biri qadın, ikisi uşaq olmaqla 7 nəfər ölüb.
Binanın dağıntıları arasında axtarış işləri davam etdirilir. Ölənlər barədə məlumat dəqiqləşdirilir.
Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan indiyədək 71 uşaq ölüb, 100-dən çox uşaq isə yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31