"İranla barışmaq, təcili bütün sənədləri imzalamaq..." - Vladimir Putin

ABŞ İran və Venesuela ilə enerji resursları ilə bağlı müqavilə imzalamağa cəhd edir. Halbuki özləri bu ölkələrə qeyri-legitim sanksiyalar tətbiq etmişdilər.

Olaylar.az xəbər verir ki, bu sözləri Vladimir Putin hökumət üzvləri ilə görüşündə deyib.

"İranla barışmaq, təcili bütün sənədləri imzalamaq istəyirlər. O cümlədən Venesuela ilə. Venesuelaya gediblər ki, onlarla razılığa gəlsinlər. Əvvəldən bu qeyri-legitim sanksiyaları tətbiq etməmək lazım idi", - Putin bildirib.

Putin Rusiya ilə də eynilə bu cür olacağına əminliyini ifadə edib.

Qeyd edək ki, Rusiyadan neft və qaz asılılığını aradan qaldırmaq üçün Qərb ölkələri alternativ mənbələr axtarır.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31