"48 saatdan sonra Putinlə danışacam" - Emmanuel Makron
10 Mart 2022 22:44 DünyaYaxın 48 saat ərzində Rusiya lideri Vladimir Putinlə yenidən danışıqlarımız olacaq.
Olaylar.az bildirir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron AB-nin Versaldakı növbədənkənar iclasında deyib.
O bildirib ki, bu gün Almaniya kansleri Şoltsla birgə Putinlə danışıqlar aparıb.
"Biz Ukraynada atəşkəsin əldə olunması və konfliktin sülh yolu ilə həllinin tapılmasına cəhd edirik", - o deyib.
Qeyd edək ki, Makron konfliktdə olan Ukraynanın AB-yə üzvlüyünün mümkün olmadığını da bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31