Ukrayna hərbçiləri “Pantsir S-1” sistemini ələ keçirdi - FOTO
10 Mart 2022 22:25 DünyaUkrayna hərbçiləri rus ordusuna məxsus "Pantsir S-1" zenit raket kompleksini ələ keçirib.
Olaylar.az bildirir ki, bu barədə Ukrayna ordusunun Quru Qoşunlarının sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, götürülən qənimətin dəyəri 15 milyon dollar civarındadır.
Bundan öncə Ukrayna hərbçilərinin Çerniqov yaxınlığında Rusiya silahlı qüvvələrinə məxsus 10 tankı və zirehli təxliyə maşınını qənimət götürdüyü bildirilmişdi.
Qeyd edək ki, bu gün Ukrayna ordusu rus ordusunun "Osa" və İsgəndər-M kompleksini məhv etdiyini də açıqlamışdı.

axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31