Rəcəb Tayyib Ərdoğan və Co Bayden arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.

Olaylar.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Danışıq zamanı regional hadisələr, o cümlədən Rusiya-Ukrayna hadisələri, Türkiyə-ABŞ münasibətləri müzakirə edilib.

Ərdoğan Türkiyə-Rusiya-Ukrayna xarici işlər nazirləri toplantısının Antalyada təşkil edilməsinin də özlüyündə diplomatik bir qələbə olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31