Macarıstanın ilk qadın prezidenti: Katalin Novak

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Macarıstan Milli Məclisində  keçirilən səsvermədə 137 səs toplayan Katalin Novak 5 il müddətinə prezident seçilib.

195 deputatın qatıldığı və 188 etibarlı səsin istifadə olunduğu 199 yerlik Macarıstan Parlamentində hökumətdəki Fides-KDNP-nin namizədi, keçmiş ailə naziri Katalin Novak 137 səslə prezident seçilib.

Müxalifət partiyalarının ortaq namizədi Peter Rona 51 səs toplayıb.

Ölkədə seçilən ilk qadın prezident Novak mayın 10-da kürsüyə iki müddət prezidentlik etmiş Yanoş Aderdən keçəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31