Avropada nüvə fəlakəti baş verə bilər: "Cəmi 48 saat gücü qalıb və..."

Avropada nüvə fəlakəti baş verə bilər: "Cəmi 48 saat gücü qalıb və..."

Çernobıl Atom Elektrik Stansiyasında (AES) elektrik enerjisinin tamamilə kəsildiyini açıqlayıb.
Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də paylaşım edib.

"Rusiya ordusunun nəzarətə götürdüyü Çernobıl AES və oradakı bütün nüvə obyektlərini qidalandıran yeganə elektrik şəbəkəsi zədələnib.

Çernobıldakı ehtiyat generatorların cəmi 48 saat gücü qalıb. Bu müddətdən sonra işlənmiş nüvə yanacağının saxlandığı anbarın soyutma sistemləri dayanacaq və radiasiya sızması qaçılmaz olacaq", - deyə XİN rəhbəri əlavə edib.

Qeyd edək ki, Çernobıl AES fevralın 24-də Rusiya hərbçiləri tərəfindən ələ keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31