Belarus hərbçiləri Ukraynaya qarşı döyüşmək istəmir

Belarus silahlı qüvvələrinin hərbçiləri Rusiyan;n tərəfində Ukraynaya qarşı müharibədə iştirak etmək istəmirlər.

Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"2022-ci il martın 8-də Belarus silahlı qüvvələrində Rusiya silahlı qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak etməyə hazır olduqları barədə daxili anonim sorğu keçirilib.

Nəticələr göstərir ki, şəxsi heyətin böyük əksəriyyəti Ukraynaya qarşı müharibədə iştirak etməyə hazır deyil", - deyə məlumatda bildirilib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31