ABŞ Dövlət katibi Entoni Blinken və Dmitri Kuleba arasında telefon danışığı olub
9 Mart 2022 22:55 DünyaABŞ Dövlət katibi Entoni Blinkenlə Ukrayna xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kuleba "Twitter" hesabında paylaşım edib.
"Blinkenlə Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün gələcək addımlar barədə danışdım. Rusiyaya qarşı yeni sərt sanksiyalar paketinə görə ABŞ-a minnətdarıq.
Rusiya ukraynalılara qarşı qəddar təcavüzünü və barbar müharibə cinayətlərini dayandırana qədər təzyiqlər artırılmalıdır", - XİN rəhbəri qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31