Mövlud Çavuşoğlu İsrailə səfər edəcək
9 Mart 2022 21:52 DünyaTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprel ayında İsrailə səfər edəcək.
Olaylar.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyədə rəsmi səfərdə olan İsrail Prezidenti İsxak Hersoq ilə Prezident Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransında bildirilib.
"Xarici işlər nazirimizin Fələstinə və İsrailə səfərinə, ardınca enerji və təbii sərvətlər nazirimizin İsrailə səfərinə böyük əhəmiyyət verirəm", - deyə Ərdoğan qeyd edib.
Liderlər ortaq hədəflərinin ölkələri arasında siyasi dialoqun yenidən canlanması olduğunu vurğulayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31