Ukraynalı idmançı həlak oldu

Olaylar.az Ukrayna xəbər agentliklərinə istinadən xəbər verir ki Rusiyanın Ukraynaya şiddətli hücumu nəticəsində idman aləmində acı itkilərə yenisi əlavə edilib. Sambo güləşi üzrə birincilik qazanan 15 yaşlı idmançı Artem Priymenko hava hücumu nəticəsində dünyasını dəyişib.

15 yaşlı idmançı Rusiyanın Sumi şəhərində mülki yaşayış məntəqələrinə endirilən hava hücumunda həyatını itirib, hücum nəticəsində onun iki kiçik qardaşı, anası, atası və nənəsi də həlak olub.

Onun müəllimi Yevgeni Leonanekonun itkisini Facebook-da bu sözlərlə açıqlayıb: "Şagirdimiz... İdmançımız... Onunla birlikdə atası, anası, nənəsi və iki kiçik bacısı da dünyasını dəyişib. Samba güləşçiləri ,ailəsi, qohumları və hamımız üçün böyük ağrıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31